1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı onlayn tanışlıq tətbiqi "Tinder"dən İrana və Livan "Hizbullah" hərəkatına qarşı reklam alırdı.
Oxu.Az bu barədə "Al Mayadeen" telekanalına istinadən xəbər verir.
Reklam Livandan olan istifadəçilərə göstərilirdi. Burada ABŞ ordusunun müxtəlif silahlarının, o cümlədən "F-16" qırıcılarının fotoları nümayiş etdirilirdi. Şəkillər ərəb dilində yazılarla - "ABŞ və onun tərəfdaşlarına qarşı silah götürməyin" və ya "ABŞ İran rejimi və onun peyklərinin təhdidləri qarşısında öz tərəfdaşlarını müdafiə edəcək" - müşayiət olunurdu.
Bir halda jurnalistlər aşkar səhvlərlə yazılmış yazını müşahidə edə biliblər, burada "A-10" hücum təyyarəsi "səsdən sürətli qırıcı" adlandırılıb, buna görə də "Al Mayadeen" Pentaqona bu mətn təsvirlərinin müəllifini işdən çıxarmağı tövsiyə edib.