AZ

Yolayrıcını zəbt edən sürücü çətin vəziyyət yaratdı- VİDEO

Paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, 77-DC-317 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin sürücüsü məhəlləyə dönən yolun girişində maşını park edərək gedib. Nəticədə məhəllədən çıxan və ora girmək istəyən digər nəqliyyat vasitələri üçün çətinlik yaradıb. 

Qeyd edək ki, qanunvericiliyə görə sürücülər dayanma-durma qadağan olmayan yerlərdə yolayrıcından 5 metr məsafədə avtomobili park edə bilər. Əks haıda bu qayda pozuntusu hesab edilir. Videonu təqdim edirik:

Könül

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
avtosfer.az

1Mənbələr