AZ

Başqalarının maşınlarını satmaq adı ilə "beh" alırmiş - SAXLANILDI

Şirvanda dələduzluqda şübhəli bilinən şəxs tutulub.

FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.

Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.

Ona zəng zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev daha sonra zərərçəkənlərlə əlaqəni kəsib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
89
9
fed.az

10Mənbələr