AZ

“İsrail və HƏMAS arasında məsələlərin 90%-i razılaşdırılıb” - Blinken

“İsrail və HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün qalan mübahisə nöqtələri barədə razılığa gəlməlidir”.

Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Gördüklərimə əsasən, məsələlərin 90%-i razılaşdırılıb, lakin hələ də bir neçə kritik problem var”, - deyə siyasətçi vurğulayıb.

Blinken qeyd edib ki, sazişdə israilli girovların və fələstinli məhbusların mübadiləsinin necə aparıldığına dair bəzi boşluqlar var.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
129
missiya.az

1Mənbələr