AZ

Azərbaycana idxal olunan avtomobillərin qiyməti artmaqdadır

Azərbaycana idxal olunan avtomobillərin qiyməti artmaqdadır 

Marja.az xəbər verir ki, bu, ABB  “Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlı hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, idxal olunan avtomobillərin miqdarında dalğalanmalar müşahidə olunsa da, dəyərlərində davamlı artım qeydə alınmışdır. Belə ki, avtomobillərin idxal dəyərində 2021-ci ildə 44%, 2022-ci ildə 8%  və 2023-cü ildə 79% artım baş verib. 

İdxal dəyərinin orta illik artımı 41% təşkil edib.

Hesabatlarla buradan tanış ola bilərsiniz.

ELEKTROMOBİLLƏRİN İDXALINDA BÖYÜK ARTIM

Hesabatda qeyd  olunub ki, elektrik avtomobillərinin idxalı nəzərəçarpacaq səviyyədə artıb. Əvvəlki ilə nəzərən 2023-cü ildə onların idxal miqdarı 5 dəfə, idxal dəyəri isə 6 dəfə artıb. Hibrid avtomobillərin idxal payı da artmaqda davam edib.

Elektrik və hibrid avtomobillərin artan populyarlığı onların (a) az yanacaq sərfiyyatı və (b) yüksək texnoloji inkişafı ilə izah oluna bilər. Bundan əlavə, hibrid və elektrik avtomobillərin idxal olunmasına dövlət tərəfindən müxtəlif güzəştlərin tətbiq olunması onlara olan tələbata müsbət təsir göstərir.

avtomobillərin qiyməti hesabat abb elektrik hibrid avtomobillər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
marja.az

1Mənbələr