AZ

“Universitetlərdə öyrətmə və öyrənmə bacarıqları köhnədir”

“Ali təhsil müəssisələri hələ də ənənəvi qaydada müəllim hazırlayır”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  təhsil eksperti Elvin Bədirov söyləyib.

 

Qeyd edib ki, yalnız ən yaxşı göstəricili müəllimlər şagirdlərə dərs deməlidir:

 

“Müəllimlərin işə qəbul prosesinin təşkil olunması təhsilimiz üçün mühüm addımlardan biridir. Şəffaflıq və obyektivlik, təqdim edilmiş vakansiyaların ən yaxşı namizədlər tərəfindən tutula bilməsi çox vacibdir və belə də olur. Lakin eyni zamanda çatışmayan tərəflərin də olması bizə göstərir ki, təhsil sistemimizi, məktəblərimizi, tədris prosesini təkmilləşdirmək, bunu ciddi bir konsepsiya kimi işləmək bizlər üçün zəruridir”.

 

Eksperd ildirib ki, auditoriyalarımızda təqdim edilən öyrənmə və öyrətmə bacarıqları 21-ci əsr şagirdlərinin formalaşma tələblərinə uyğun qurulmayıb. İlk növbədə bunu yenidən dizayn etmək lazımdır.

 

“Hər şeydən əvvəl deməliyəm ki, ali təhsil müəssisələrimiz dövrün tələblərinə cavab verən pedeqoji kadr hazırlığına çox geridən baxır. Müəllim hazırlayan ali təhsil müəssisələrimiz hazırkı dövrdə bunun öhdəsindən gəlmir, ənənəvilik bu işə ciddi maneə törədir.

 

İşə qəbul imtahanlarına isə çoxsaylı müəllimlər qatıldığından rəqabət olduqca yüksək səviyyədə olur. Lakin imtahanda iştirak edən namizədlərin ciddi bir hissəsi işə qəbul imtahanının tələblərinə test imtahanı mərhələsində belə cavab verə bilmir. Burada testlərin dəhşətli dərəcədə çətin olmasından söhbət getmir. Müəyyən illərdə bəzi fənlər üzrə çərçivə proqramından kənar sualların təqdim edilməsi narazılıqlara səbəb olsa da, bu il bu problem demək olar ki, yaşanmadı. Nəticələrin yüksək olması da əsasən bu amillə bağlıdır.

 

Mövcud vakansiyaların ciddi bir hissəsinin tutulmaması isə əsasən vakansiyaların hansı fənnə aid olmasından, harda yerləşməsindən və dərs yükündən asılıdır. Xüsusilə də rayon mərkəzlərindən uzaqda, kəndlərdə yerləşən məktəblərin vakansiyaları və dərs yükləri müəllimlər üçün maraqlı olmur. Nəticə etibarı ilə vakansiyaların ən yaxşı halda nisbətən aşağı göstəricili kadrlara daimi olmayan müqavilələr ilə təklif edilməsinə məcbur qalınır”.

Seçilən
382
azedu.az

1Mənbələr