AZ

ABŞ-dən İsrailə mesaj:"Sizi İrandan “əbədi” qoruya

Rəsmi Vaşinqton bəyan edib ki, Amerika təyyarədaşıyan gəmiləri yəhudi dövlətini İrandan qorusa da regionda əbədi qala bilməyəcək.

İran ordusu İsraili yenidən hədələdi: Qisas alacağıq!
Telekanalın efirində o da vurğulanıb ki, ABŞ ordusu bölgədə daimi qala bilmıdiyi üçün regionda gərginliyin səviyyəsi daim azaldılmalıdır.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də İsrail-Fələstin münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar vermişdi. O, bildirmişdi ki, Qəzza zolağında atəşkəs razılaşması artqı tamamlanmaq üzrədir. O, bütün şərtlərin 90%-inin razılaşdırıldığını söyləyib.

Xatırladaq ki, dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi İsraili növbəti dəfə hədələmişdi. O deyib: "İsrail ümid edir ki, İran HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin qətlinə cavab verə bilməyəcək. Lakin rəsmi Təl-Əviv yanılır".


Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
azvision.az

3Mənbələr