AZ

"44 günlük müharibə ilə bağlı komissiyanın rəyi hazırdır"- Köçəryan

 

“44 günlük müharibənin şəraitini araşdıran komissiya öz işini başa çatdırıb və nəticəsi artıq hazırdır”. Missiya.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə və Təhlükəsizlik Komissiyanın rəhbəri Andranik Köçəryan ölkənin İctimai Telekanalına müsahibəsində bildirib.O əlavə edib ki, oktyabrda qapalı iclas çağırmaq üçün parlamentin spikeri Alen Simonyana məktub yazacaq və bu iclasda yüzlərlə səhifədən ibarət yekun rəy təqdim olunacaq və onun məxfiliyinin statusuna qərar veriləcək.“Qrup onun çıxışının mətni üzərində işləyir və bu, komissiyanın qeydə aldığı bütün faktları işıqlandıracaq”,-deyə Andranik Köçəryan qeyd edib.O vurğulayıb ki, ictimaiyyət komissiyanın rəyi ilə qismən tanış ola biləcək.Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında hakim çoxluğun (“Mülki müqavilə” fraksiyası) təşəbbüsü ilə yaradılıb.Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
86
missiya.az

1Mənbələr