AZ

Ermənistanda “Rus dili” əsas fənn kimi keçirilməyəcək

Yeni tədris ilindən etibarən Ermənistanda “Rus dili” əsas fənlər siyahısından çıxarılaraq, yalnız xarici dil statusuna keçiriləcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni mütəxəssislərin fikrincə, hər şey rus dilinin tədrisində sistematik azalmaya doğru gedir.

Belə ki, “Rus dili” yalnız 4, 9 (həftədə üç saat) və 11, 12-ci siniflərdə (həftədə iki saat) keçiriləcək. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün isə “Rus dili” fənni tədris olunmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
qafqazinfo.az

3Mənbələr