AZ

Dollara güclü zərbə vurulacaq: ABŞ-nin yeni planı

Çox tezliklə ABŞ Federal Ehtiyat Sisteminin hazırkı rəhbərliyi əsas uçot dərəcəsini aşağı salmaq qərarına gələ bilər.

Medianews.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Valentin Katasanov bildirib.

“Amerika maliyyə orqanları bu vaxta qədər inflyasiyanın yavaşlaması ilə bağlı müsbət məlumatlar əldə edərsə, belə bir addım ata bilər. Qiymət artımı nəzarət altına alınarsa, bunun ardınca FED-in pul siyasətinin yumşaldılması baş verəcək.

Əgər məmurlar faktiki olaraq məzənnəni aşağı salsalar, bu, dolların məzənnəsinə güclü zərbə ilə nəticələnəcək, çünki bununla da ABŞ-də pul dövriyyəsinin tezliklə yeni likvidliklə doldurulması barədə siqnal bütün iqtisadiyyata yayılacaq”,- o deyib.

“Rambler/Finance” portalının analitikləri qeyd edirlər ki, ABŞ iqtisadiyyatında daha çox pul olacaq və dollar ucuzlaşmağa başlayacaq: “İnsanlar daha çox xərcləyib daha az qənaət edəcək, bununla da Amerika valyutasına tələbatı azaldacaq, çoxlu sayda dolları dövriyyəyə buraxacaqlar. İnvestorun davranışı da valyutanın mövqeyinə təsir edəcək”.

Ayşən

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
medianews.az

1Mənbələr