AZ

Qəzzada atəşkəs üçün cavab gözləyirik - Blinken

Qəzza zolağında atəşkəsə nail olmaq həm Fələstinin radikal HƏMAS hərəkatından, həm də İsrail hökumətindən asılıdır.

Redaktor.az xəbər verir ki, bu sözləri  ABŞ dövlət katibi Antoni Blinken deyib.

O bildirib ki, Birləşmiş Ştatlar yaxın günlərdə onların cavabını almağa ümid edir

"Beləliklə, indiki məqamda hər iki tərəf bu qalan məsələlərdə "hə" deməlidir. Biz çox fəal müzakirələr aparırıq. Mən gözləyirəm ki, yaxın günlərdə biz, İsrail və HƏMAS həll edilməmiş sualları dəqiqləşdirəcəyik".

Xatırladaq ki, avqustun 15-16-da Dohada Qəzza zolağında saxlanılan girovların azad edilməsi və orada atəşkəsin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin yeni mərhələsi keçirilib.

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
79
50
redaktor.az

10Mənbələr