Azərbaycan komandası Parisdə keçirilən Paralimpiya Oyunlarında ümumi hesabda 32-ci yerdədir.
İdman.biz xəbər verir ki, aktivimizdə üç qızıl, bir gümüş və üç bürünc medal var.
Ölkəmiz Qazaxıstan, Yunanıstan, Latviya, Portuqaliya, İndoneziya və bir çox başqa ölkələri qabaqlayır.
Hazırda liderlik Çinə (74-55-37) məxsusdur. İkinci yerdə Böyük Britaniya (36-29-19) qərarlaşıb. İlk üçlüyü isə ABŞ qapayır (27-33-17).
Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və iki bürünc, Sabir Zeynalov (taekvondo) isə bürünc medal qazanıb.
İdman.biz