AZ

OQTAY ƏSƏDOV AZƏRBAYCANDAN GEDİB? - Telefon nömrələrini də dəyişib

ABŞ Çini Xəzər dənizi, Asiya və Qafqaz ölkələri vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) layihəsində Tacikistanın iştirakının tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Düşənbədəki səfiri Manuel Mikaller Tacikistanın “Xovar” dövlət agentliyinə müsahibəsində deyib.

"Biz Tacikistanın Mərkəzi Asiyanı Qafqaz və Avropa bazarları ilə birləşdirəcək Transxəzər ticarət marşrutunda iştirakına tərəfdarıq. Biz ABŞ-ni və Mərkəzi Asiyadakı 5 tərəfdaşımızı birləşdirən "C5+1" diplomatik platforması vasitəsilə bu tərəfdaşlarla daha sıx əməkdaşlığa və dünya bazarlarına çıxmağa kömək edəcəyimizə ümidvarıq”, – o bildirib.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Dəhlizlə dəmir yolu və dəniz nəqliyyatından istifadə edilməklə konteyner daşımaları həyata keçirilir.

2022-ci ildə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı, o cümlədən Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına genişləndirmək niyyətində olduğunu bildirib. Söhbət xüsusilə Orta Dəhlizdən gedib.

Seçilən
145
azpolitika.info

1Mənbələr