Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “AzNur” və “Birbaşa Bakı” komandaları Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında bu gün növbəti matçlarını keçirəcəklər.
Fanat.Az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu “AzNur” gün ərzində iki matça çıxacaq.
Əvvəlcə “Qalport” (İsveç) ilə qarşılaşacaq təmsilçimiz günün sonunda "Andezit" (Ukrayna) komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunlar uyğun olaraq saat 12:00-da və 19:00-da başlayacaq.
Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” isə “Livorno” (İtaliya) və "BKMK Brno" (Çexiya) klubları ilə qarşılaşacaq. İlk görüş saat 14:00-da, digəri isə 21:00-da start götürəcək.
Qeyd edək ki, “AzNur” dünən açılış turunda Fransanın "Les Piopio" komandasına 2:1 hesabı ilə qalib gəlib. “Birbaşa Bakı” isə İspaniyanın "Malaqa" kollektivi ilə məhsuldar heç-heçə edib - 2:2.