AZ

"Yanlış yanaşmadır" - Fransada saxlanılan Durovdan ilk açıqlama

Avqustun 24-də Fransada saxlanılan “Teleqram”-ın qurucusu Pavel Durov ilk dəfə sosial media gesabından açıqlama verib.

“AzPolitika” xəbər verir ki, prosesi “təəccüblü” adlandıran Durov, idarə etdiyi platformada fərdlər tərəfindən törədilən cinayətlərə görə onu günahlandırmalarının yanlış olduğunu deyib.

“Şəxslər tərəfindən törədilən cinayətlərə görə baş direktoru günahlandırmaq yanlış yanaşmadır. Fransa səlahiyyətliləri Telegramdan cavab ala bilmədiklərinə görə başqalarının “Teleqram”-dan qeyri-qanuni istifadəsinə görə şəxsən məsuliyyət daşıya biləcəyimi söylədilər. Bu, bir neçə səbəbə görə təəccüblü idi”,-deyə o, bildirib.

“Teleqram"-ın Avropa Birliyində (AB) rəsmi nümayəndəsi olduğuna diqqət çəkən Durov, AB-nin istəklərinə hər zaman cavab verdiklərini bildirib.

Rusiya və İranın daha əvvəl “Teleqram”-dan şifrələmə açarları tələb etdiyini bildirən Durov, imtina etdikləri üçün sosial platformanın bu ölkələrdə qadağan edildiyini qeyd edib.

“Teleqram” prinsiplərinə uyğun gəlməyən bazarları tərk etməyə hazır olduqlarına diqqət çəkən Durov, platformadan istifadə edənlərin sayının 950 milyon nəfərə çatdığını qeyd edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azpolitika.info

1Mənbələr