AZ

Bu rayonda şəhid ailələri və qazilərə mənzillər veriləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 2 və 3 otaqlı mənzillər veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

Ümumilikdə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərəin mənzil şəraitinin yaxşılaşdırılması üçün 9 ədəd üç otaqlı və 6 ədəd iki otaqlı evin verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Seçilən
128
iqtisadiyyat.az

1Mənbələr