Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri Afinanı narahat edib.
Turkustan.az xəbər verir ki, Ankara-Qahirə münasibətlərinin illər sonra əriməsi Yunanıstanın paytaxtında təşviş yaradıb. Yunan diplomatiyası Sisinin Türkiyə səfərinin nəticələrinə, dərc edilən 36 bəndlik ortaq bəyannamə və imzalanan 17 razılaşmaya diqqət yetirib. Yunanıstanın xarici işlər naziri George İerapetritis sentyabrda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı misirli həmkarı Bedr Abdulati ilə görüşəcək və bu səfərlə bağlı məlumat alacaq.
Afinanın narahatlığı iki ölkənin gələcəkdə Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası ərazilərinin müəyyən edilməsinə dair saziş imzalayacağı ehtimalından irəli gəlir. Misir və Yunanıstan 2020-ci ilin avqustunda dəniz yurisdiksiyası ərazilərinin müəyyən edilməsinə dair qismən saziş imzalayıblar. Yunanıstan Şərqi Aralıq dənizindəki iddialarını əsasən bu razılaşmaya əsaslandırır. Türkiyə isə Yunanıstan-Misir razılaşmasını etibarsız hesab edir.
Eltac Zülfüqaroğlu/Turkustan.az