AZ

6 ildən sonra vətəninə qayıtdı

Tyaqo Calo 6 ildən sonra vətəninə qayıdıb.

“Yuventus”un müdafiəçisi icarə əsasında “Portu”ya keçib. Portuqaliya klubunun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı futbolçu ilə icarə müqaviləsinin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Portuqaliyalı futbolçu “Yuventus”a bu ilin yanvarında “Lill”dən transfer olunub. O, ötən mövsüm turinlilərin heyətində dizinin çarpaz bağının qırılması səbəbindən yalnız bir oyun keçirib. “Sportinq”in yetirməsi olan Tyaqonun bu klubu 2018-ci ildə tərk etdiyini də xatırladaq.

Seçilən
90
football-plus.az

1Mənbələr