AZ

Sağlam ətraf mühitdə yaşamaq hüququ vətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb edir - Ombudsman

Bakı. Trend:

“Azərbaycan Konstitusiyasının müvafiq maddəsi hər kəsin sağlamətraf mühitdə yaşamaq hüququnu təsbit edir. Bu hüququn təminolunması insanlar üçün normal və təhlükəsiz həyat şəraitininyaradılması, habelə digər hüquq və azadlıqlarınınreallaşdırılmasında əsas şərtlərindən biri kimi çıxış edir”.

Trend xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil(Ombudsman) Səbinə Əliyeva Azərbaycan Hakimlər İttifaqı və AliMəhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law andclimate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

S.Əliyeva qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququvətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsbedir.

“Son illər dünyada gedən ictimai-siyasi proseslər, informasiyatexnologiyaları sahəsində inqilab cəmiyyətlə təbiət arasındaziddiyyətlərin pik həddə çatmasına səbəb olub. Ekoloji problemlərmüharibə problemindən sonra dünyada birinci sırada dayanır.Ekologiyanın qorunub saxlanması vacib şərt olaraq bəşəriyyətqarşısında həllini gözləyən vəzifələrdən biridir. Torpaq, su vəmeşə ehtiyatlarının qorunması, ekoloji dayanıqlığın təmin edilməsizəruri məsələlərdir.

İqlim dəyişikliyi ilə mübarizədə çox vacib təşəbbüs olan COPtədbiri xüsusi əhəmiyyət kəsb edir. Cari ildə Azərbaycanın bu mühümbeynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadınən bariz nümunəsidir” -, deyə Ombudsman qeyd edib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
az.trend.az

5Mənbələr