AZ

Bədən dili və ünsiyyət arasında əlaqə varmı?

“Hər gün bədən dilindən ünsiyyət növü kimi istifadə olunur. Qorxu, sevinc, həyəcan, təəccüb, hətta laqeydliyi, məhz həmin ünsiyyət vasitəsi ilə ifadə edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sona Əliyeva deyib. Onun sözlərinə görə, bədən dili də ünsiyyətnövüdür: "Ünsiyyət verbal və qeyri-verbal olur. Verbal ünsiyyətə nitq, danışıq, qeyri-verbal ünsiyyətə isə jestlər, pozlar,mimikalardaxildir. Bu elmdə göz bəbəyinin böyüməsi, kiçilməsi, bədən temparaturu, səsin titrəməsi, udqunmaq və s. çox önəmlidir. Bədən dili və mimikanı ən yaxşı uşaqlarda müşahidə etmək olar, çünki onlar öz mimikalarını gizlədə bilmirlər”.

Psixoloq Sona Əliyeva hesab edir ki, insanlarla razılığa gəlmək, uğurlu münasibətlər qurmaqüçün bədən dili təməl vasitədir. Diqqət yetirilmədikdə də həmin ünsiyyət növü həyatda təsəvvür ediləndəndaha çox və mühümdür: “Məsələn, qəzəbli olarkən danışarkənvə qarşıdakı insana qəzəb dodağın üst hissəsi bir qədər yuxarı qalxır və alında gərginlik hiss olunur. Kədər və ya hüzn ifadəsi zamanı isə əksinə dodağın alt hissəsi aşağıya doğru enir və dodaqlar bir-birinə sıx olur. Utancaqlıq hissi yaşayanda gözlər aşağıya doğru enir, çiyinlər bir qədər yuxarıya doğru qalxır və gözlərini hədəfdən qaçırmağa çalışır. Yalan danışanların çiyin nahiyəsində bir qədər yuxarıya və ya geriyə doğru çəkilmələr, atmalarolur, üzünə, bədəninə və yaxud köynəyinin arxasına toxunmağa çalışır”.

Afət Tahirqızı

Seçilən
108
sia.az

1Mənbələr