Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 95 milyon 961 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 316 min manat və ya 4% çoxdur.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 92 milyon 644 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 69 milyon 7 min manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 351 min manat və ya 22% çoxdur.
Əvvəlki ilin eyni dövründə 56 milyon 655 min manat sığorta ödənişləri edilmişdi.