Portuqaliyanın "Benfika" klubu yeni baş məşqçisinin təyinatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisində baş məşqçi postunu daha əvvəl - 2019-2020-ci illərdə “qartallar”ı çalışdırmış 48 yaşlı mütəxəssis Brunu Laje tutub.
Klubun mətbuat xidməti məşqçi ilə "Benfika" arasında 2026-cı ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalandığını bəyan edib.
Qeyd edək ki, mütəxəssisin əvvəlki iş yeri Braziliyanın “Botafoqo” klubu olub.
"Benfika" Portuqaliya çempionatının dörd turundan sonra yeddi xal toplayıb və turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Mirağa