AZ

Sənan Hacıyev: "İqlim dəyişikliyi bir çox hallarda insan hüquqlarının pozulması ilə nəticələnir"

"İqlim dəyişikliyi bir çox hallarda insan hüquqlarının pozulması ilə nəticələnir. Bunu nəzərə alaraq, hüquq ictimaiyyətinin, hakimlərin, prokurorların, vəkillərin, elm adamlarının iqlim dəyişikliyi və insan hüquqlarının kəsişməsi ilə bağlı məsələlər barədə məlumatlılığının artırılması, eyni zamanda dünya ictimaiyyətinin diqqətinin iqlim və hüquq mövzusuna cəlb olunması üçün Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmə birlikdə bu konfransın ərsəyə gəlməsi ilə istiqamətində işlər görülüb".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfransla bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, konfransda 20-dək ölkədən qonaqlar, beynəlxalq ekspertlər iştirak edir: "Ümid edirəm ki, konfrans hüquq ictimaiyyəti üçün faydalı olacaq".

"Məlum olduğu kimi, Azərbaycan bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İnsan hüquqları kontekstindən bu mövzuya hüquq ictimaiyyətinin diqqətini cəlb etməklə biz hüquqşünaslar da öz töhfəmizi vermək istəyirik", - deyə S.Hacıyev qeyd edib.

Şəbnəm Mehdizadə

Seçilən
82
e-huquq.az

1Mənbələr