AZ

“Müxalifətdəkilər faşist fikirlərə qarşı çıxanlara zülm edirlər” - Mədəniyyət naziri

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani Ermile Qiqiadzenin dünyasını dəyişməsi ilə əlaqədar məyusluğunu ifadə edib və bildirib ki, müxalifətdə olan insanlar faşist fikirlərinə qarşı mövqedə olan vətəndaşı təhqir etməyə, öz əməlləri ilə faciəvi nəticə ortaya qoymağa çalışırlar.

Hafta.az-ın yazdığına görə, Tsulukianinin qeyd etdiyi kimi, belə bir fakt qanunla nəzərdə tutulmuş cavabla müşaiyət olunacaq.

“Bu faciəyə müvafiq söz tapmaq üçün söz axtarıram. Baş vermiş hadisə ilə bağlı dərin məyusluğumu ifadə etmək, müxalifətdəkilərin müxalifliklə deyil, insanlara zülm etməklə məşğul olmasının faciəvi hal olduğunu demək istəyirəm. Real olaraq, faşist üsullarla istər hakimiyyətdə olsun, istərsə də cəmiyyətdə, fərqli fikirdə səsləndirən vətəndaşa zülm etməyə, təhqir etməyə, sağlamlığına və həyatına ziyan vurmağa və öz əməlləri ilə ortada olan faciəvi nəticəyə səbəb olmağa çalışırlar. Bu, əlbətdə, qanunla nəzərdə tutulmuş cavabla müşaiyət olunacaq və bizim üzərimizə düşən isə mübarizəni davam etdirməkdir. Bütün bunların çox tezliklə keçmişdə qalmasını, bir-birimizlə arqumentlərə əsaslanan sivil mübarizə aparacağımız sağlam siyasi mühitə sahib olmaq uğrunda mübarizə aparmağı arzulayıram”, - Tea Tsulukiani bildirib.

Mövcud məlumata əsasən, Tsğaltuboda müxalifət fəalı “Gürcü Arzusu”nun üzvü Ermile Qiqiadzeni ağır sözlərlə təhqir edib, nəticədə də Qiqiadze yerindəcə dünyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
hafta.az

1Mənbələr