AZ

Britaniyalı general qıza sataşdığı üçün rütbəsini itirdi

Mərhum kraliça II Yelizavetanın əri, şahzadə Filipin tabutunu daşıyan britaniyalı general-mayor sərxoş halda qıza sataşdığı üçün rütbəsini itirib.

Herbiand.az bu barədə RİA Novosti-yə istinadən yazır.

Nəşrin məlumatına görə, keçmiş general-mayor Ceyms Roddis etiraf edib ki, xarici hərbi nümayəndə heyətinə başçılıq edərkən bir qızın razılığı olmadan dodaqlarından öpüb. İttiham tərəfinin dediyinə görə, Roddis nümayəndə heyətinin üzvləri ilə içki içib, sonra restorana, daha sonra isə karaoke-bara keçib. Orada bir qızın saçına toxunmağa başlayıb, sonra isə onu öpüb. Bu hadisə videoya düşüb.

Roddis iyul ayında öz istəyi ilə istefa verib. Həmin hadisəyə görə, hərbi tribunal tərəfindən altı aylıq şərti həbs cəzasına məhkum edilib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
herbiand.az

1Mənbələr