AZ

Cəmiyyətə HÖRMƏTSİZLİK: Bu şəxslər cərimə edilə bilər

“Bu hal tərbiyəsizlik, o cümlədən cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayişidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların öz zibillərini qutulara atmaq əvəzinə, binadan yerə atmasının yaratdığı məsuliyyət haqda danışan hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, insanların öz zibillərini qutulara atmaq əvəzinə bina evlərindən yerə atması halları həqiqətən də mövcuddur:

“Bu məsələ ilə qanunvericilik cinayət məsuliyyəti müəyyən etmir, amma bununla bağlı inzibati məsuliyyət müəyyən olunub. Binalardan zibillərin atılması, o cümlədən, zibilin həyətə qoyulub gedilməsi inzibati qaydada pozuntudur. Bunu sübut edəcək hər hansı görüntü olarsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə 50 manat miqdarında cərimə olunur.
Bu hal tərbiyəsizlik, o cümlədən cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayişidir. Nəticə etibarı ilə bu çəxslərin qanuni tədbir görülməsu üçün mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Onlar da vurğuladığım 266.3-cü maddə ilə protokol tərtib edərək həmin şəxsi cərimə edə bilirlər”.

İsmayıl Bakuvi

Seçilən
124
yenicag.az

1Mənbələr