“Azov” briqadası döyüşçüləri Donetsk vilayətindəki Nyu-York yaşayış məntəqəsinin bir hissəsini azad edərək, mühasirəyə alınmış Ukrayna Silahlı Qüvvələrini xilas ediblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna “teleqram” kanalları məlumat yayıb.
Belə məlum olur ki, “Azov” briqadası Toretsk istiqamətində döyüş əməliyyatlarına cəlb olunarkən vəziyyət fəlakətli olsa da, nəticədə onu sabitləşdirmək, kəndin bir hissəsini nəzarətə qaytarmaq və buradakı Ukrayna birləşmələrinə kömək etmək mümkün olub.
“Hazırda vəziyyət gərgin olaraq qalır. Gün ərzində ruslar briqadanın məsuliyyət zonasında 15-ə qədər hücum həyata keçirir. Amma super ağır döyüşlərə baxmayaraq, döyüşçülərimiz xətti qoruyur və uğurla əks hücuma keçir”, - məlumatda bildirilir.
“AzPolitika.info”
"Азов" выбил россиян pic.twitter.com/z9pN4OVfaO