“2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və münaqişə başa çatdı”.
Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu, ərazi bütövlüyünü təmin etməkdə hələ də uğurusuzluğa düçar olan bəzi ölkələr üçün də nümunədir: “Azərbaycan nümunəsi onu gösrərdi ki, beynəlxalq hüquq, cəmiyyətin səfərbər olması və siyasi iradə, o cümlədən ölkənin güclü olması geosiayasi dəyişiklərlə nəticələnə bilər”.
İlham Əliyev deyib ki, SSRİ-nin squtudan sonra ilk dəfədir ki, biz Cənubi Qafqada sülhə nasil ola bilərik: “Ermənistan və Azərbacyan arasında aparılan sülh danışıqlarında görürük ki, bu mümkündür. Sülh sazişinin mətnin 80 faizi artıq razılaşdırılıb. Artıq sərhədin delimitasiyası və demarkasiyasına nail olmuşuq. 13 kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla min kilometrik sərhədimiz var. Bu, düzgün istiqamətdə atılmış addımdır. Ümid edirik ki, danışıqlarıa bağlı Azərbaycanın irəli ürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu təkcə Cənubi Qafqaz üçün deyil, dünyanın müxtəlif regionaları üçün mühüm hadisə olacaq”.