10 oktyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmayıb.
Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanında keçiriləcək.
"Bakı Sığorta" ASC-nin nizamnamə kapitalının 93,32%-i “Bank Respublika” ASC-yə, 6,68%-i "Ekolizinq” MMC -yə məxsusdur.
İyun ayında Ramin Məmmədov “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tərk edib. Daha sonra Oqtay Şeydabəyov “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.