AZ

Durov Teleqramın şifrələrini Fransaya verəcək - Medvedyev

Bu yaxınlarda Parisdə saxlanılan Teleqramın təsisçisi Pavel Durov bunu istəməsə də, müəyyən şərtlərlə şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə verə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“2015 ya 2016-cı ildə mən Durovu görüşə çağırdım və ona dedim: Baxın, siz nə etdiyinizi yəqin başa düşürsünüz, bu, dövlət üçün təhlükəsiz olmaya bilər. Terrorçular bundan istifadə edə bilərlər. Buna görə də, gec-tez bu şifrələmə açarlarını sizə verməli olacaqsınız. O isə cavabında bildirdi ki, bunu heç vaxt heç kimə verməyəcək. Məncə, o, həqiqətən buna inanır”, - Medvedyev bildirib.

Seçilən
167
6
axar.az

7Mənbələr