"Mançester Yunayted" baş məşqçisi Erik ten Haqın gələcəyini düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" "Guardian"a istinadən xəbər verir ki, "mankunianlar"ın rəhbərliyi hollandiyalı mütəxəssisi istefaya göndərə bilər.
“Qırmızı şeytanlar”ın rəhbərləri komandanın yeni mövsümün əvvəlindəki çıxışından narazıdır.
Vəziyyət dəyişməsə, klub ten Haq ilə yollarını ayıra bilər.