AZ

Tramp seçilərsə, İlon Maskı hökumət postuna təyin edəcək

 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə texnologiya milyarderi İlon Maskı hökumət postuna təyin edəcəyini açıqlayıb. Missiya.Az xəbər verir ki, bu barədə  xarici KİV məlumat yayıb.Bildirilib ki, Tramp bu planla hökumətin trilyonlarla israfını aradan qaldırmağı hədəfləyir.Nyu-Yorkda işgüzar görüşdə danışan Tramp  qeyd edib ki, Mask ikinci Tramp administrasiyasında federal hökumətin icraçı direktoru olacaq.“Bu komissiyanın ilk vəzifəsi altı ay ərzində saxtakarlığın və yanlış ödənişlərin tamamilə aradan qaldırılması üçün fəaliyyət planı hazırlamaq olacaq”, - deyə keçmiş prezident əlavə edib.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Seçilən
127
missiya.az

1Mənbələr