AZ

Mattias Svanberq: “Yohansson meydanda ən yaxşılardan idi”

Azərbaycan – İsveç matçından sonra qonaqların futbolçusu Mattias Svanberq Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Almaniyada legioner həyatı yaşayan 25 yaşlı yarımmüdafiəçi Bakıdan 3 xalla qayıtdıqlarına görə sevincli olduğunu bilrib.
 
- Öncə oyunla bağlı fikirlərini bölüşərdin...
- Ağır sınaq olacağını öncədən bilirdik. Azərbaycan millisi yaxşı komandadı. Onların heyətində keyfiyyətli oyunçular var. Azərbaycanlı azarkeşlər qarşısında oynamaq çətin idi. Tribunalarda coşqulu atmosfer yaşanırdı. Çətinliyə, gərginliyi baxmayaraq, 90 dəqiqənin sonunda meydandan qələbə ilə ayrıldığımıza görə sevincliyəm.
 
- İlk hissəyə əlavə olunan dəqiqədə yığmamız penalti vurmaq şansı əldə etdi. Amma futbolçumuz fürsətdən yararlana bilmədi. Hesabı biz açsaydıq, geridönüş etmək çətin olmayacaqdı?
- İlk dəqiqlərdən Azərbaycan yığması kəsərli hücumlar etdi. Amma son nöqtəni qoya bilmədi. Bu gün qapıçımız penalti də daxil bir neçə yüz faizli qolun qarşısını aldı. Yohansson meydanda ən yaxşılardan idi. Qol buraxsaydıq belə, hakimin final fitinə kimi qələbə üçün döyüşəcəkdik.
 
- Artıq ikinci dəfədi Azərbaycandasan, ölkəmiz haqqında təəssüratların necədi?
- Xeyr, ikinci yox, üçüncü dəfədir. Vaxtilə U-17-nin heyətində də Bakıda olmuşam. Paytaxtınız maraqlı və gözəl şəhərdi. Təəssüf ki, heç vaxt Bakını istədiyim qədər gəzməyə vaxtım olmayıb.
 
ABDULLA İSMAYILOĞU

Seçilən
46
sport24.az

1Mənbələr