AZ

Məhsulu alanda da peşman olursan, qaytaranda da... - "Ödənişin geri qaytması bu qədərmi çətin prosesdir?"

Artıq "Umico"dan da şikayətlərin çoxluğu belə deməyə əsas verir ki, əgər vəziyyət mövcud formada cərəyan edərsə, nəhayətdə bu qurumdan bir giley-güzar dastanı bağlamalı olacağıq. Dia-az.İnfo bildirir ki, əslində zaman-zaman bu qurumun nümayəndələrinin edilən şikayətlərə reaksiya verdiklərinə də şahidlik edirik. Amma əksər hallarda problemlər həll olunmadan yola verilir.Elə növbəti şikayət materialında da eyni ab-havadır. Əlizadə adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" adlı qrupda narazılığını belə ifadə edib:"Şikayətim "Umico"dandir.. Məhsul aldım... Sonra məhsulun dəxlisiz (arzulamadığım) ölkə istehsalı olduğunu görüb, qaytarmaq istədim.5 gündən sonra nəhayətdə birətəhər qayatara bildim. İndi də pulumu geri ala bilmirəm... 5 gündür.. Səbəb nədir, "Umico"? Niyə gecikir axı? Ödənişin geri qaytması bu qədərmi çətin prosesdir?"

Seçilən
140
12
dia-az.info

10Mənbələr