AZ

Azərbaycan əsgərinin özünü odlu silahla öldürdüyü bildirilir

Yayımlandı: 6 Sentyabr 2024 11:28 Hərbi Prokurorluq hadisəni araşdırdığını deyir Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vəli Abbasovun odlu silahdan özünü öldürdüyü bildirilir. Məlumatı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev də Meydan TV-yə təsdiqləyib. O deyib ki, daxil olmuş məlumat əsasında sentyabrın 6-da Şəmkir Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər: “Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb, eləcə də izahatlar alıb və digər hərəkətləri icra ediblər”. Hərbi Prokurorluq. Mənbə: “Azərtac” F. Əliyev fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıldığını vurğulayıb: “Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”. “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə Əliyev əlavə edib. Əsgərin hansı rayondan olduğu açıqlanmayıb. Meydan TV də Vəli Abbasovun yaxınları ilə əlaqə saxlaya bilməyib. Meydan TV

Seçilən
112
1
xural.com

2Mənbələr