İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri və düşərgəsinə basqın edərək geridə böyük dağıntılar buraxıb geri çəkilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onlarla insanın şəhid olduğu və yaralandığı hücumların ardından İsrail işğalçı qüvvələri 10 gün ərzində şiddətli və davamlı hücuma keçdiyi Cenin şəhəri və düşərgəsindən böyük dağıntılar buraxaraq geri çəkildi. Ceninlilər bundan əvvəl dəfələrlə olduğu kimi, İsrail qüvvələrinin geri çəkilərək ətrafdakı hərbi keçid məntəqələrinə yerləşdirildikdən sonra yenidən şəhərə və düşərgəyə hücum etmək üçün geri dönəcəyindən qorxduqlarını bildiriblər. İsrail qüvvələri Cenin şəhərində əsas yolların infrastrukturuna, qaçqın düşərgəsinə və şəhərin şərqindəki məhəllələrə böyük ziyan vurub. Sözügedən ərazidə İsrail tikinti texnikası tərəfindən aparılan qazıntı və dağıntılar nəticəsində su, elektrik və kommunikasiya xətləri kəsilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta