“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibi Fransanın “Lion” klubunun futbolçusu Gift Orban karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri iddia irəli sürüb.
“Trabzonspor” 22 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. Klub artıq Liqa 1 təmsilçisinə təklif də göndərib.
Qeyd edək ki, “Qarabağ” “Lion”la noyabrın 28-də Bakıda qarşılacaq.