AZ

NTD adını dəyişdirdi, yenidən Bakıya köçdü

Azərbaycan basketbolunun ən köklü klublarından sayılan NTD 2024/2025 mövsümündən etibarən yenidən Bakinı təmsil edəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni mövsümdən komandanın adı NTD olacaq. Həmçinin klubun yeni loqosu təqdim olunub. Tahir Baxşıyev isə komandanın baş məşqçisi olaraq öz işini davam etdirəcək.

Xatırladaq ki, ötən mövsüm bu klub “NTD-İndiqo” adı ilə Xaçmazı təmsil edib.

Sözügedən klub kapitan Elşad Şirzadovla yollarını ayırdığını da açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqaviləsinin müddəti başa çatan kapitan komandanı tərk edib.

Yeri gəlmişkən, yeni mövsümdən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq MOİK komandasının baş məşqçisinin adına aydınlıq gəlib. Ordu komandasını ispaniyalı mütəxəssis çalışdıracaq.

Belə ki, Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi çalışan Alberto Blanko yüksək liqa klubunda işləyəcək. İspaniyalı məşqçi MOİK-lə 1 illik müqavilə imzalayıb.

Azərbaycan Basketbol Liqasında yeni mövsümə hazırlığı davam etdirən “Gəncə”də də Mehdi Şabani ilə yollar ayrılıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Müqaviləsinin müddəti başa çatan basketbolçu ilə yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, bu, “Gəncə”də 11-cu ayrılıq olub. Əyalət klubu daha öncə 4 yerli, 6 əcnəbi basketbolçu ilə yollarını ayırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
arena.az

1Mənbələr