İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon yığma komandada dəyişiklik zərurəti ilə bağlı fikirlərini bölüşüb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya milli komandasında koordinator vəzifəsini tutan keçmiş qolkiper qarşıdan gələn matçın baş verən dəyişikliklərin ilk siqnalını vermək üçün əla fürsət olduğunu bildirib:“Biz özümüzü yenidən kəşf edib, ruhumuzu və köhnə oyunumuzu bərpa etməliyik. AÇ-2024-də ən çətin qrupda idik, amma yenə də 2-ci yeri tutduq. Sonra hər şey ən həlledici anda dağıldı və sonda özümüz haqqında pis təəssürat buraxdıq. Bunu mümkün qədər tez unutmalıyıq. Qarşıdan gələn matç baş verən dəyişikliklərin ilk siqnalını vermək üçün əla fürsətdir”.İtaliya millisi AÇ-2024-də uğursuz çıxış edib və 1/8 finalda İsveçrəyə məğlub olub.Luçano Spalettinin komandası Millətlər Liqasına bu gün Parisdə keçiriləcək Fransa millisinə qarşı matçla start verəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta