Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sosial şəbəkə hesablarındakı paylaşımı diqqət çəkib.
Paylaşımda “Azərbaycan əsgəri, sənə zirvə yaraşır” sözlərinin qeyd edilməsi maraq doğurub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlamasından sonra bu paylaşımın edilməsi müzakirələrə səbəb olub.
Paylaşımın Azərbaycan Ordusunun sentyabr ayında keçirdiyi uğurlu əməliyyatları xatırlatmaq səbəbindən edildiyi ehtimal olunur.