AZ

Zaxarova von der Leyeni tənqidETDİ

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyenin Moskva ilə enerji əməkdaşlığını kəsməsi ilə bağlı sözləri Avropa İttifaqının (Aİ) ABŞ-ın maraqlarına uyğun fəaliyyət göstərmək niyyətində olduğunu göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirliyin rəsmi saytında məlumat verib.

“Von der Leyenin Rusiya enerji resurslarının Avropa İttifaqına idxalına qarşı “səlib yürüşü” aparmaq vəzifəsini həvəslə götürməsi göstərir ki, AK-nin yenilənmiş strukturu ilk növbədə Birləşmiş Ştatların maraqlarını rəhbər tutmağa davam etmək niyyətindədir, - deyə diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərə “qoyduğu” enerji sektoru siyasətinin əsas prinsipləri Rusiyanı cilovlamaq və “xarici marionetlərin siyasi sifarişini həyata keçirməkdir”.

Sevinc İBRAHİMZADƏ

Seçilən
127
1
redaktor.az

2Mənbələr