AZ

ABŞ Ukraynaya görə hərbi ehtiyatlarının tükənməsindən narahatdır

Pentaqon Ukraynaya davam edən yardım səbəbindən silah ehtiyatlarının azalmasından narahat olub.

Herbiand.az bildirir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Konqressmenlərin köməkçiləri söyləyiblər ki, ABŞ-ın Ukraynaya silah satışının bu il azalmasının səbəbi tam aydın deyil. Lakin onlar əlavə ediblər ki, bu, qismən Pentaqonun ABŞ hərbi sənayesindəki təchizat zəncirində yaranan problemlər səbəbindən öz ehtiyatlarının tükənməsi ilə bağlı narahatlığının olmasıdır”, - agentlik bildirib.

Yazı müəllifləri əlavə ediblər ki, ABŞ prezidenti Co Baydenin administrasiyası sentyabrın 30-a qədər Kiyevə 6 milyard dollarlıq hərbi yardımın istifadəsinə icazə vermək üçün Konqreslə təcili danışıqlara başlayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
129
herbiand.az

1Mənbələr