“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri “Qızıl top”u ispan futbolçunun qazanmasını istəyir. Matc.az xəbər verir ki, onun fikrincə, hazırda ən yaxşılar məhz onların yığmasında cəmləşib: “AVRO-2024-də qalib gəldikdən sonra dedim ki, “Qızıl top”u ispaniyalı oyunçu alsın. İspan futbolu buna layiqdi. Bütün bu illərdən sonra biz bunu qazandıq. Tariximizin ən yaxşı dövrünü keçirdik, lakin “Qızıl top”u qazana bilmədik. Çünki iki nəhəng var idi - Ronaldo və Messi. Bu uşaqların ən yaxşı olmadığını söyləmək çətindi. Çünki onlar həqiqətən ən yaxşı idilər. İndi bizdə ən yaxşı oyunçular var və biz ən yaxşı futbol oynayırıq”. Qeyd edək ki, İspaniya yığması bu il Almaniyada keçirilən Avropa çempionatının qalibi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta