Bakı. Trend:
Təmiz ətraf mühit hüququ və onun qorunması üçün mexanizmlərləbağlı qərarların qəbulunda məhkəmələr əsas rol oynayır.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq məhkəmələrassosiasiyasının (IAJ) prezidenti Duro Sessa beynəlxalq "Hüquq vəİqlim" konfransının kuluarlarında jurnalistlərə bildirib.
"Bugünkü konfrans mühüm bir hadisədir və cəmiyyət üçün yeni birməsələ qaldırıb. Müzakirələrin mərkəzində təmiz ətraf mühit hüququvə onun qorunması üçün mexanizmlər durur. Bu məsələlər yaxınvaxtlara qədər, əsasən, elmi müzakirələr çərçivəsində həllolunurdu. Lakin indi bu məsələlər məhkəmə praktikası səviyyəsinəçıxır. Konfrans bu hüququn konkret ölkələrdə necə həyata keçiriləbiləcəyinə diqqət çəkir, çünki məhz məhkəmələr belə qərarlarınqəbulunda açar rolunu oynayır.
Amma reallıqda necədir? Təmiz ətraf mühit hüququnun qorunmasınınecə təmin etmək olar? Hazırda bizdə əsasən Avropa İnsan HüquqlarıMəhkəməsindən olan presedentlər var. Lakin cavab tələb edən suallarqalır. Əsas suallardan biri budur: təmiz ətraf mühit hüququbeynəlxalq insan hüququdur, yoxsa yalnız milli səviyyədə qorunur?",- o qeyd edib.
Sessa əlavə edib ki, ekoloji problemlər bir ölkənin sərhədləriilə məhdudlaşmır.
"Bu qlobal bir problemdir və bir çox ölkəni əhatə edir. Məncə,ən vacib sual budur: bu problemə yanaşmanın dəyişdirilməsi və yeniqorunma mexanizmlərinin inkişaf etdirilməsi üçün siyasi iradəolacaqmı? Çünki indi bütün dünya insanları bir narahatlıqyaşandığını anlayır. Hər kəs bunu görür, amma bir çoxu məsələnidərindən araşdırmaq istəmir və geri çəkilir", - o əlavə edib.
Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.
Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.
Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.
Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.