AZ

Qırğızıstan hökuməti heyvan ixracını qadağan etdi

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstandan mal-qara və qoyun ixracına müvəqqəti qadağa qoyulub.

Hafta.az-ın yazdığına görə, Qırğızıstanın Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyinin bu gün məsələ ilə bağlı verdiyi açıqlamada bildirilib ki, iribuynuzlu mal-qara, qoyun və atların üçüncü ölkələrə ixracı üçün qeydiyyat və icazələrin verilməsi müvəqqəti olaraq dayandırılıb.

“Bu tədbir ölkədə kənd təsərrüfatı heyvanlarının sayının dəqiq uçotunu təmin etmək, o cümlədən baytarlıq-sanitariya normalarına riayət olunmasına nəzarəti artırmaq məqsədi daşıyır. Bu, yerli və xarici tərəfdaşlarımıza təklif etdiyimiz xidmətlərin keyfiyyətini artıracaq”, - nazirliyin məlumatında deyilir.

Qeyd olunub ki, ixrac qadağasının 15-20 gün davam edəcəyi gözlənilir. Bu müddətdən sonra ixrac icazəsi prosesinə başlanılacaq. “Bu müddət ərzində edilən bütün müraciətlər inventar tədqiqatları tamamlandıqdan dərhal sonra prioritet olaraq işlənəcək. Qeydiyyatın yenidən başlaması və icazələrin verilməsi barədə qərar Nazirlik tərəfindən ayrıca elan ediləcək”, - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
hafta.az

1Mənbələr