Türkiyədə F.Y. (29) idarə etdiyi 54 FM 526 nömrə nişanlı Karasu Dövlət Xəstəxanasından xəstələri Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparan təcili yardım maşını aşıb.
News24.az xəbər verir ki, sürücü Adapazarı-Karasu yolu üzərində Sinanoğlu mövqeyində sükan hakimiyyətini itirərək yol kənarındakı su kanalına düşüb.
Qəzada sürücü və tibb işçiləri M.B. (26), O.Y.G. (27) və xəstə A.A. (34) yaralanıb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra şəhərdəki xəstəxanalara aparılıb.
Məryəm İlhamqızı