AZ

Bayden həbs oluna bilər – 15 il

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden həbs edilə bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vergidən yayınmaqda ittiham olunur.

Bildirilir ki, prezidentin oğlunu 15 ilə qədər həbs gözləyir.

İddialara görə, o, 2016-2020-ci illər arasında xarici biznes sövdələşmələrindən, o cümlədən Ukraynanın “Burisma” qaz şirkətinin direktorlar şurasından, həmçinin Çin investisiya fondunda iştirakından 7 milyon dollardan çox gəlir əldə edib və 1.4 milyon dolları vergidən yayındırıblar.

Adıçəkilən şəxs daha əvvəl qeyri-qanuni silah almaqda təqsirləndirilirdi.

Məlik,

KONKRET.az

Seçilən
93
konkret.az

1Mənbələr