AZ

"Geri qayıdan əhalinin işlə təminatı əsas məqsədlərdən biridir" - QHT sədri

QHT.az- aaçıqlama verən “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyniyə qeyd edib ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən ictimai rəy sorğuları əsasında geri qayıdacaq əhalinin hansı sahələrdə işlə təmin edilməsinin planlaşdırılması vacibdir. QHT-lərin və işəgötürənlərin bu prosesdə rolu getdikcə artacaq, çünki əhalinin işlə təmin olunması əhəmiyyətli faktorlardan biridir. Gələcəkdə sahibkarlıq subyektləri və işəgötürənlərlə əlaqəli planlar da tənzimlənəcək və əhalinin peşə üzrə ehtiyacları qarşılanacaq:

"Bu gün bildiyiniz kimi böyük qayıdışdan əvvəl keçmiş məcburi köskünlər arasında ictimai rəy sorğusu keçirilib. Onlar vətənə qayıdacaqları və köçməyə hazır olduqları haqqında rəy sorğusundan məlumat veriliblər və o məlumata əsasən dövlət böyük qayıdış proqramını tərtib edib. Çünki nə qədər əhali köçürsə, köçmək niyyətindədisə, geri qayıtmaq niyyətindədirsə o qədər də bu məsələ aktualdır ki hansı ixtisas sahələri üzrə iş yerləri təşkil olunsun və geri qayıdan əhalinin işlə təmin olunması məsələsi təmin olunsun. Ona uyğun olaraq əvvəlcədən ictimai rəy sorğusunun keçirilməsi çox vacib bir məsələ idi. Və o anket sorğuları əsasında bu dəqiqə böyük qayıdış həyata keçirilir. Zaman-zaman bu məsələlərin hamısı yenidən araşdırılacaq, hansı iş yerlərinə, hansı sahibkarlıq subyektlərinə ehtiyac varsa zaman-zaman tənzimlənəcək. Çünki əhali köçməlidir, yerləşməlidir. Müəyyən məsələlər, proses getməlidir. O prosesin nəticəsində əvvəlcədən planlaşdırılmış o sahələri çıxmaq şərtilə qabaqcadan planlaşdırılıb ki, filan rayona yüz müəllim lazımdır və yaxud təhsil işçisi nəzərdə tutulub. Amma bu işəgötürənlərlə bağlı, sahibkarlarla bağlı bu məsələlər qismən planlaşdırılıb. Çünki əhalinin yeni yurd yerlərində işlə təmin olunması çox vacibdir. Amma zaman keçdikcə ehtiyaclar yene dəyərləndiriləcək və ona uyğun tədbirlər görüləcək".

 

Pərvanə Fərhadqızı

QHT.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
qht.az

1Mənbələr