AZ

MKİ niyə Türkiyənin Kapadokya vilayətini paylaşdı?

MKİ niyə Kapadokyanı paylaşdı? 30 Avqust Zəfər Günü ilə bağlı MKİ-nin sosial şəbəkə hesabındakı Kapadokya paylaşımı diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Amerika məxfi xidməti CIA-nın Kapadokya postu maraq doğurur. Mərkəzi Kəşfiyyat İdarəsinin sosial media hesabında yer alan paylaşımda Kapadokya ilə bağlı bir fotoşəkil yer aldığı halda, fotonun altında “Türkiyənin Kapadokya Bölgəsindəki bu Pəri Bacalarının hündürlüyü 40 metrə qədər çata bilər və yaradılması əsrlər çəkə bilər” sözləri yazılıb. Şəkildə MKİ-ni təmsil edən qartal fiquru da yerləşdirilib.

Bu yazıda istifadə edilən qartal loqosu da diqqəti cəlb edərkən, FETÖ terror təşkilatının qapalı nəşri olan Avizyon Magazine də 132-ci sayının üz qabığında eyni qartal fiqurundan istifadə edib. Kapadokyanın FETÖ-nün istifadə etdiyi parol olduğu, FETÖ lideri Fətullah Gülənin 2016-cı ildə çevriliş mesajı verdiyi, Kapadokya jarqonunun təşkilat daxilində əsgərlər üçün istifadə edildiyi ortaya çıxıb. Akıncı bazasında da tutulan FETÖ-nün gizli imamı Kamal Batmaz da CIA tərəfindən "Kapadokiya" olaraq kodlaşdırılıb.

Digər tərəfdən, FETÖ terminologiyasında Kapadokya 'quru qüvvələri', Kapadokya isə Roma daxilində 'gizlənməyi' ifadə edir. 15 iyul xain çevriliş cəhdində MKİ-nin izləri məlum olsa da, FETÖ ilə MKİ arasındakı dərin əlaqə hələ də izlənilir. İctimaiyyət CIA-nın Kapadokya yazısı ilə nəyi nəzərdə tutduğunu və fotoşəkilin hansı kodları ehtiva etdiyini müzakirə edərkən, bəziləri bunun Türkiyə üçün bir jest ola biləcəyinə inanır.

Reaksiyalardan sonra MKİ “Kapadokiya” yazısını səhifəsindən silib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
turkustan.az

1Mənbələr