“İlk oyun olduğuna görə meydana öyrəşməyə çətinlik çəkdik”.
Bunu İdman.bizə “Birbaşa Bakı”nın futbolçusu Vüsal İsayev deyib.
O, Çempionlar Liqasında İspaniyanın "Malaqa" (2:2) ilə keçirdikləri oyunu şərh edib. İsayev bildirib ki, İspaniya klubu da zəif komanda deyildi: “Onlar da 2:0-dan geri gəlməyi bacardılar. Epizodları dəyərləndirə bilmədik. Fiziki və taktiki hazırlığımız çox yaxşı idi. Sadəcə, topa və meydana öyrəşmək lazım idi. Növbəti matçlarda daha yaxşı olacağımıza inanıram. Heyətimizdə hər şey yaxşıdır. Hamımız bugünki iki oyunda qələbə qazanıb, qrupdan çıxmağa inanırıq”.
Qeyd edək ki, Azərbaycanın təmsilçisi “Birbaşa Bakı” hazırda bu gün “Livorno” (İtaliya) və "BKMK Brno" (Çexiya) klubları ilə qarşılaşacaq.
Banuçiçək Hüseynli
İdmam.biz